AZ

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir


Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresini açıq elan edib.

Qeyd edək ki, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Konqres iştirakçıları iki gün ərzində bir-birindən maraqlı müxtəlif tədbirlərə qatılacaqlar.

Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair Memorandumun imzalanması da nəzərdə tutulur.

Mətləb

Seçilən
51
3
baki-xeber.com

10Mənbələr