İrlandiya klubu “Droqeda Yunayted” UEFA-nın qərarı ilə 2025-26 mövsümündə Konfrans Liqasından kənarlaşdırılıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Droqeda Yunayted” Danimarkanın “Silkeborq” kollektivi ilə eyni yarışda mübarizə aparmağı planlaşdırır. Lakin hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün qurum İrlandiya komandasının Konfrans Liqasında iştirakının əleyhinədir.
Qeyd edək ki, “Droqeda Yunayted” UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.