AZ

Azər Həsrət: İranda türk dilinin hüquqları yalnız müstəqil Güney Azərbaycanla təmin oluna bilər

ain.az, Sherg.az saytına istinadən bildirir.

İranda prezident deyil, dini lider qərar verir

Pezeşkian Qorbaçov təsiri yaradır, amma real dəyişiklik mümkünsüzdür

 İran Prezidenti Məsud Pezeşkian deyib ki, İran təkcə bir qrupa yox, həm də türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və burada yaşayan digər xalqlara məxsusdur. Pezeşkian bildirib ki, İran daxilindəki birlik və həmrəyliyi qoruyub saxlayacaqlar: "Bu ölkə hər kəsə məxsusdur, bir qrupa və ya qruplaşmaya yox. Bir neçə nəfər ölkənin onlara məxsus olduğunu zənn etməsin. Türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və qeyri-ərəblər, məzanilər, xorasanlar, ləklər və bu ölkədə yaşayanların hamısının haqqı var, onlar bu ölkənin taleyinə şərikdirlər". İran prezidenti vurğulayıb ki, hər kəsin öz ləyaqətinə, qabiliyyətinə və gücünə əsaslanaraq qərar qəbul etmək, siyasət qurmaq və inkişaf etmək hüququ var. Pezeşkianın bu açıqlaması ölkə daxilində çoxmillətli və çoxmədəniyyətli strukturun tanınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma, həm də uzun illərdən bəri mərkəzləşmiş siyasətə qarşı tənqidlərin artdığı bir zamanda, daha demokratik və çoxsəsli idarəçilik modelinə keçid niyyətini göstərə bilər. Əlbəttə, bu çıxışın praktikada hansı tədbirlərlə müşayiət olunacağı və etnik azlıqların hüquqları sahəsində hansı konkret dəyişikliklərin ediləcəyi isə qarşıdakı dövrdə müəyyən olacaq. Lakin bu ifadələr, xüsusilə İran türkləri və digər etnik icmalar üçün ümidverici və diqqətəlayiq bir mesaj olaraq qəbul olunur.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, İran Prezidenti M.Pezeşkianın bu cür açıqlama verməsi təbiidir. Ekspert vurğulayıb ki, Pezeşkianın damarlarında türk qanı dolaşır: 

"Pezeşkian bütün fəaliyyəti dövründə türklüyə könül verib, türk kimliyini qabardıb. Hətta özünün dediyinə görə, ailəsinin içində fars dilində danışmağı belə yasaqlayıb, yalnız türk dilindən istifadə ediblər. Əlbəttə ki, belə bir adamın prezident olacağı təqdirdə məhz bu tərzdə açıqlama verəcəyi şübhəsiz idi. Əslində, biz gözləyirdik ki, M.Pezeşkian prezidentliyə başladıqdan dərhal sonra xüsusən türklərlə bağlı ciddi dəyişiklik olacaq. Təəssüflər olsun ki, İranda dəyişikliklər olmadı. Ana dilində məktəblərin açılması, türk dilinin İranın ikinci dövlət dili elan edilməsi əsas tələb və gözləntidir. Çünki hamının bildiyi gerçəklik odur ki, türklər İranın əsas millətidir. Az qala ölkə əhalisinin yarısı türklərdir. O baxımdan fars dili dövlət dilidirsə, türk dili də rəsmən dövlətin dili statusu almalıdır. Pezeşkianın bu açıqlaması da həmin istəkdən irəli gəlir. Yəni bu ədalətsizliyi görür, ona susmur, dilə gətirir və həllinin vacib olduğunu düşünür. Amma sual oluna bilər ki, Pezeşkian niyə bunu etmir, sadəcə danışır? Məsələ ondadır ki, İranda prezidentdən də üstün bir qüvvə var. Dini lider İranda hər şeyin fövqündədir. Hər bir qərarı dini rəhbər verir və icrasını tələb edir".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

A.Həsrətin qənaətincə, İranda türk dilinin öz statusunu bərpa edə bilməsi üçün dini liderin razılığı lazımdır, bu isə real görünmür: 

"Ona görə də davamlı şəkildə deyirik ki, İrandakı türklərin qurtuluşu Güney Azərbaycan Cümhuriyyətinin qurulması, müstəqil bir dövlət kimi tanınmasından keçir. Yəni farslarla bir dam altında türklərin azadlığa qovuşacağını şəxsən mümkün hesab etmirəm. Bugünkü hakimiyyətin fərqli münasibəti ola bilər, sabah başqa yanaşma sərgilənər. İstənilən halda İranda fars üstünlüyü rəsmi şəkildə qorunacaq, türklər gözardı ediləcək. Təbii ki, Pezeşkian bunu etməyəcək, çünki İran dövlətinin prezidentidir və ölkənin parçalanmasının tərəfdarı ola bilməz. Amma düşünürəm ki, biz indiki mərhələdə bundan istifadə etməliyik. Güneydəki soydaşlarımız hərəkətlənməlidir. Ümumiyyətlə, Pezeşkian özünün baxışlarına, yanaşmasına görə, bir zamanlar SSRİ-nin sonuna çıxmış Mixail Qorbaçov təsiri bağışlayır. M.Qorbaçov da özünə daha sərbəst fikirlər səsləndirməyə icazə verirdi. Bu da nəticə etibarı ilə SSRİ-nin dağılmasına və müstəqil dövlətlərin yaranmasına gətirib çıxardı. İranda da bu hərəkat başlamalı, Güney Azərbaycan azadlığına qovuşmalıdır. Başqa şəkildə orada türklərin hüquqlarının təmin edilə biləcəyini mümkün saymıram".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
sherg.az

2Mənbələr