Bakı.Trend:
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) ortatəhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusiqabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyətimtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektronqeydiyyatı bu gün başa çatır.
Trend DİM-ə istinadən xəbər verir ki, abituriyentlərbu gün saat 23:59-a dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, ümumi orta təhsil bazasında ortaixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyətimtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətəaid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edilib ki, ümumi orta (9 illik) təhsil bazasındaorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edənixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində(cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50(fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksəkolan abituriyentlər keçə bilərlər. Xoreoqrafiya sənəti və Rəqsmüəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərintopladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiqedilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazəverilir:
Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılışvərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-ininternet səhifəsində veriləcək.
“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndəqabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxtgöstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrəməlumatlar 2025-ci ildə nəşr edilən xüsusi qabiliyyətimtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusiburaxılışlarında dərc edilib. Burada ali təhsilin bakalavriat vəmagistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsilbazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyəttələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarınınproqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlıtövsiyə və məs¬lə¬hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdənreproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksinitapıb".
Xatırladaq ki, teatr, kino və xoreoqrafiya sənəti,idman, musiqi sənəti və təsviri sənət istiqamətlərininkomissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 5-dəbaşlamışdı.