Londonda rapid üzrə dünya çempionatı start götürüb.
"Football-plus.az" xəbər verir ki, dörd turdan sonra Rauf Məmmədovun çıxış etdiyi “Freedom” komandası üçüncü pillədə qərarlaşıb.
Şahmatçımızın özü startda iki oyun keçirərək qələbə qazanıb. "Freedom"un yeddi xalı var (qələbəyə 2, heç-heçəyə 1 xal).
Şəhriyar Məmmədyarovun çıxış etdiyi "Generation XYZA" beş xal toplayıb və hazırda 18-ci yerdədir. Komanda dörd oyunda iki qələbə qazanıb, bir dəfə heç-heçə edib və bir dəfə uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta