AZ

"Çelsi" gənc müdafiəçi üçün "Arsenal"la mübarizə aparır

"Sportinq"in mərkəz müdafiəçisi Ousmane Diomande London klublarının maraq dairəsindədir.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu üçün "Çelsi" "Arsenal"la yarışa girib.

Digər London təmsilçisi "Kristal Palas" da kot d-ivuarlı ilə maraqlanır.

"Transfermarkt" mərkəz müdafiəçisinin dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Diomande ötən mövsüm "Sportinq"in heyətində 46 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Lissabon klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

ЕВРО-ФУТБОЛ.Ру: https://www.euro-football.ru/article/31/1005926439_chelsi_posporit_s_arsenalom_za_molodogo_zaschitnika

Tomas Frank “Tottenhem”də - RƏSMİ

“Ayaks”ın sabiq üzvü həbs olunub

Türkiyə millisinin qolkiperi “Monako”nun radarında

“Siti” növbəti transferinə hazırlaşır

Sanenin “Qalatasaray”la müqaviləsinin detalları müəyyənləşib

Seçilən
3
1
apasport.az

2Mənbələr