AZ

Bu şirkətin rəhbərinə “stop” qoyuldu


“Sell Sense" MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Valyuta.az xəbər verir ki, bu barədə Sumqayıt Kommersiya Məhkəməsinin Həlimə Alıyeva qətnamə qəbul edib. İş materiallarından məlum olur ki, şirkətin 2 377,61 manat vergi borcu olub.

Borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyib. Məhkəmə də qurumun ərizəsini təmin edib.

Qeyd edək ki, “Sell Sense” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Namazov Elman Qəzənfər oğludur. Şirkətin vergi borcu hazırda 2 504,36 manat təşkil edir.

Seçilən
30
1
news24.az

2Mənbələr