AZ

Konqres media və xarici yardım üçün ayrılan 9,4 milyard dollarlıq maliyyəni ləğv edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Vaşinqton administrasiyasının xarici yardım proqramları, həmçinin Milli İctimai Radio (NPR) və PBS yayım şirkəti üçün hökumətin maliyyələşdirməsini 9,4 milyard dollar azaltmaq təklifini dəstəkləyib.

“Report” xəbər verir ki, sənəd 2 səs fərqi ilə qəbul edilib - 214 lehinə, 212 əleyhinə.

ABŞ prezidenti Donald Tramp bu ayın əvvəlində qanunvericilərə təklifi təqdim edib. O, Konqres tərəfindən əvvəllər təsdiq edilmiş 9,4 milyard dollarlıq maliyyə vəsaitinin ləğvini nəzərdə tutur.

Bu pulun 1,1 milyard dolları Milli İctimai Radio və PBS-ə, təxminən 8,3 milyard dolları isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardım proqramlarına yönəldilməli idi.

Sənədin ABŞ Senatında nə vaxt nəzərdən keçiriləcəyi hələlik məlum deyil. Respublikaçılar hazırda Konqresin hər iki palatasında çoxluq təşkil edir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson əvvəllər Milli İctimai Radio və PBS-i tənqid edib.

Tramp administrasiyasının rəsmiləri bu qurumların demokratların maraqlarına uyğun olaraq radikal və liberal ideyaları yaydığını vurğulayıblar.

Seçilən
73
1
report.az

10Mənbələr