AZ

Hava limanı ətrafına nəqliyyat vasitəsilə hücum riski artır

Təhlükəsizlik boşluqlarından istifadə edən terrorçular nəqliyyat vasitələri ilə aerovağzal komplekslərinə hücum edə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Belə hücumlar KPQ-nin avtomobillərə yerləşdirilməsi və ya həmin vasitələrin taran üçün istifadə olunması ilə həyata keçirilə bilər.

Təhlükəsizlik kameralarının və giriş sistemlərinin zəif olduğu ictimai zonalar bu hücumlar üçün əlverişli hesab olunur.

Terror aktı planlaşdırılmadan, bir neçə dəqiqə içində baş verə bilər.

Bu cür hücumların fəsadları infrastruktur üçün fiziki ziyan və mülki əhali arasında itkilərlə nəticələnə bilər.

Lakin, hava gəmisinə edilən hücumlarla müqayisədə nəticələrin səviyyəsi orta-aşağı kimi dəyərləndirilir.

Buna baxmayaraq, bu riskə qarşı qabaqlayıcı tədbirlərin artırılması tövsiyə olunur.

Seçilən
39
heftelik.az

1Mənbələr