AZ

Məşhur futbolçu Dubayda HƏBS EDİLDİ

Ajans.az Publika.az-a istinadən xəbər verir ki, saxlanılma idmançının Niderlanda ekstradisiyası tələbi ilə bağlıdır. Promes Dubaydakı istintaq təcridxanasına yerləşdirilib. Futbolçu Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım cəza çəkməli olacaq. Promesin Rusiya "Spartak"ı ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib. Sentyabrın 5-də Promes rəsmi olaraq BƏƏ İkinci Liqasında çıxış edən Dubay Yunaytedin oyunçusu olub. 14 fevral 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Məhkəmə yanvarın 24-də keçirilib və prokurorluq Promes üçün 9 il həbs istəyib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. O, həmçinin ailə məclisi zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Promes əvvəllər İslamı qəbul edib.
Seçilən
34
3
Ajans.az

10Mənbələr