AZ

İsrail İranı nə vaxt vuracaq?

İsrail hakimiyyəti yəhudi dövlətinin təhlükəsizliyi naminə “istənilən vaxt” İrana qarşı güc tətbiqini istisna etmir.
ONN media xəbər verir ki, Bu barədə TASS-a İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O, ölkənin İrana qarşı sərt tədbirlər görməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib:
" İsrail öz təhlükəsizliyi üçün istənilən vaxt və istənilən yerdə hərəkət edəcək".
"ABC News" bu gün bildirib ki, İsrail rəsmiləri yaxın günlərdə İrana zərbə endirmək əmri verə bilər. Üç mənbə Vaşinqtonun mümkün hücum planlarında əli olub -olmaması barədə məlumatı olmadığını bildirib. Bununla belə, onlar ABŞ-ın İsrailə kəşfiyyat məlumatı verməsi ehtimalını istisna etməyiblər.
İyunun 12-də İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami bəyan edib ki, İsrailin gözlənilən zərbəsi ilə bağlı məlumatlar fonunda İranın cavabı əvvəlkindən “daha güclü və daha dağıdıcı” olacaq.
“The New York Times” dünən yazıb ki, İran hakimiyyəti İsrailin İslam Respublikasının nüvə obyektlərinə mümkün zərbəsinə cavab hazırlayıb. İran hökumətindəki adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, ölkənin hərbi və mülki rəhbərliyi artıq əks-hücum planını müzakirə ediblər.
Bundan əvvəl Tramp Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi barədə xəbərdarlıq etmişdi
Seçilən
33
1
onn.az

2Mənbələr