AZ

SEPAH: İran istənilən səviyyədə müharibəyə hazırdır

İran istənilən ssenariyə hazırdır, hərbi strategiyası var.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyn Səlami bildirib.

Onun sözlərinə görə, İran istənilən səviyyədə müharibəyə hazırdır:

“Biz istənilən səviyyədə istənilən müharibəyə hazırıq. Düşmənə xəbərdarlıq edirik ki, heç bir səhvə yol verməsin və nəticələrini diqqətlə düşünsün. Düşmən bizi hərbi təhdid edir, biz istənilən ssenariyə və vəziyyətə hazırıq”, – SEPAH komandanı qeyd edib.

Seçilən
63
8
nocomment.az

9Mənbələr