AZ

Bu ölkə Ukraynaya dəstək üçün QOŞUN GÖNDƏRİR

Monteneqro Ukraynaya dəstək üçün Avropa İttifaqı missiyası çərçivəsində qeyri-döyüş hərbi kontingenti göndərəcək.

Publika.az xəbər verir ki, bununla bağlı Monteneqro parlamenti qərar qəbul edib. Qərarı 81 yerlik parlamentdə 49 deputat dəstəkləyib, üçü bitərəf qalıb, qalan deputatların əksəriyyəti isə səsvermədə iştirak etməyib.

Qərara görə, Monteneqro ordusunun üzvləri Avropa İttifaqının Ukrayna üçün Hərbi Təlim Missiyasına (EUMAM Ukraine) qoşulacaq.

Müdafiə naziri Draqan Krapoviç deyib ki, Monteneqro qoşunları Ukrayna ərazisində yerləşdirilməyəcək, əksinə, Aİ missiyası çərçivəsində qeyri-döyüş rollarını yerinə yetirəcək.

Seçilən
55
7
publika.az

9Mənbələr