AZ

“Zirə”nin yay hazırlıq planı müəyyənləşib

UEFA Konfrans Liqasında çıxış edəcək “Zirə”nin yay hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi burada məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. İyul 5-17-də qonşu ölkədə olacaq "Zirə"nin bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar iyulun 8-də, 12-də və 16-də (iki matç) baş tutacaq. Hələlik rəqiblərin kimliyi məlum deyil.

“Zirə”də 2 yeni müqavilə

“Araz-Naxçıvan”dan ilk transfer: İsrailli pleymeyker

“Qalatasaray”ın futbolçusu İspaniya yolunda

“Qarabağ”da “yarpaq tökümü” - O DA KOMANDANI TƏRK ETDİ

Veşoviç də “Qarabağ”ı tərk etdi - RƏSMİ

Seçilən
59
12
apasport.az

10Mənbələr