AZ

Paşinyan Ərdoğandan nə istəyəcək?



Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər öncəsi Rusiyanın artan siyasi təzyiqlərindən qorunmaq və Azərbaycanla seçkilərə kimi sülh müqaviləsi bağlamaq ümidi ilə Türkiyəyə səfər edir.
Ermənistanda müxalifət və kilsə N. Paşinyana qarşı ciddi hazırlıq içindədir. Hər keçən gün tərəflər arasında siyasi münasibətlər daha kəskin mərhələyə keçir. ABŞ prezidenti D.Tramp C. Baydenden fərqli olaraq N. Paşinyana dəstək vermir. Avropa ittifaqı Rusiya -Ukrayna müharibəsinə daha çox kilidlənib. N. Paşinyan seçki qabağı R. T. Ərdoğandan ciddi dəstək almağa gedir.
N. Paşinyana seçkilər öncəsi Azərbaycanl sülh müqaviləsi bağlamaq hava və su kimi lazımdır. Bu çətin olacaqsa, heç olmasa Türkiyə ilə sərhədlərin açılmasını istəyəcək. Maraqlı proseslər gedir. N. Paşinyanın Ermənistan daxilində seçkilər ərəfəsində reytinqini artırmaq üçün Türkiyə ilə sərhədlerin açılmasına gedilə bilər. Ermənistanda N. Paşinyandan fərqli digər siyasilər Azərbaycan və Türkiyə qarşı düşmən münasibət sərgiləyir.
N. Paşinyan R. Tayyib Ərdoğandan sərhədlərin açılmasını xahiş edəcək.
Ankara Bakı ilə məsləhətləşmələrdən sonra qərar verə bilər..

Məhəmməd Əsədullazadə, politoloq
Seçilən
20
1
newscenter.az

2Mənbələr