AZ

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsiylə əlaqədar əlilliyə görə müavinətlər artırıldı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verən əlilliyə görə müavinətlər artırılıb.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 270 manatdan 300 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 150 manatdan 180 manata qaldırılıb.

Tarix: 12 İyun 2025, 18:31   
Seçilən
13
3
pravda.az

4Mənbələr