AZ

Arnolddan təqdimat mərasimində sürpriz addım: Bir neçə aydır...

Treynt Aleksander-Arnold rəsmi olaraq "Real"ın futbolçusu olub.

Publika.az xəbər verir ki, bu gün ingiltərəli müdafiəçinin təqdimat mərasimi keçirilib. "Liverpul"un sabiq oyunçusu Madrid klubu ilə altı illik müqavilə imzalayıb və 12 nömrəli forma ilə çıxış edəcək.

Təqdimatda ispan dilində çıxış edən 26 yaşlı futbolçu bunları deyib:

"Prezident Florentino Peresə və kluba bu imkana görə təşəkkür edirəm. "Real"a transfer hər gün baş vermir. Bu, gerçəyə çevrilmiş bir arzudur. Burada olduğum üçün xoşbəxt və qürurluyam. Azarkeşlərə oyunumla özümü göstərmək, bu klubda çoxlu titullar qazanmaq istəyirəm".

Seçilən
43
publika.az

1Mənbələr