Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-dəTÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb. MilliMəclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Trend xəbərverir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki,TÜRKPA ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafınaxüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumiməqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.
Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyatakeçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdəgörülmüş işlər barədə məlumat verib.
Qazaxıstan Prezidenti Türk dövlətləri arasında əməkdaşlığındərinləşməsində TÜRKPA-nın rolunu qeyd edərək, vurğulayıb ki,müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusiləvacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaşölkələr arasında parlamentlərarası əlaqələrə və xalqdiplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığıdərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikalbir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyükəhəmiyyəti var.
“Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tamdəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridəqoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik”,- deyə Kasım-Jomart Tokayev fikrini yekunlaşdırıb.