AZ

Mərkəzi Bank“Katech” QSC-nin lisenziyasız ödəniş xidmətləri göstərdiyini aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Katech” QapalıSəhmdar Cəmiyyətinə (QSC) ödəniş xidmətlərinin göstərilməsinindərhal dayandırılması üzrə bildiriş verilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemlərihaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödənişxidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarəttədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyənedilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətləriningöstərilməsi faktı aşkar olunub.

"Müvafiq pozuntu halı ilə əlaqədar “Katech” QSC barəsində“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AzərbaycanRespublikası Qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödənişsistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 62.10-cumaddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindəngörülmüş, o cümlədən “Katech” QSC-yə ödəniş xidmətləriningöstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib",- deyə məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr