AZ

Qubada itkin düşən gəncin meyiti tapıldı: "Ayağı kəsilib, gözləri yoxdur"

Qubada

İyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.Doğmaları bildiriblər ki, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər."11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilmiş, kanala suyun verilişi dayandırılmışdı.Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (baku.ws)Daha ətraflı videomaterialda:

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib VİDEO

Seçilən
23
18
ulusum.az

10Mənbələr