AZ

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsində 133 nəfər həlak olub – Yenilənib + Video


Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 133 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, “News18” telekanalı məlumat yayıb.   
Məlumata görə, ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qəza yerində xilasedicilər işləyir.

***13:42 
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Londona uçan “Boeing 787 Dreamliner” tipli təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Hindistan polisi də “Air India” aviaşirkətinə məxsus təyyarənin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığını təsdiqləyib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Digər tərəfdən, NDTV telekanalı təyyarə qəzasında sağ qalanların olduğunu istisna etməyib.
Seçilən
53
15
yeniavaz.com

10Mənbələr