Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "BritishCouncil"un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanın rəhbərliketdiyi nümayəndə heyəti ilə universitetin rektoru professorGülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİUrəhbərliyi və nümayəndələri də iştirak ediblər.
Tərəflər arasında keçirilən görüş zamanı AzMİU ilə "BritishCouncil"ın uzunmüddətli və uğurlu əməkdaşlığı yüksəkdəyərləndirilib. Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, buəməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin genişlənməsində,xüsusilə Böyük Britaniya universitetləri ilə təhsil sahəsindətərəfdaşlığın qurulmasında mühüm rol oynayır. O, AzMİU-datələbələrin və müəllim heyətinin ingilis dili biliklərininartırılmasının prioritet istiqamətlərdən biri olduğunu və bubaxımdan "British Council" ilə əməkdaşlığın xüsusi əhəmiyyətdaşıdığını vurğulayıb.
Görüş zamanı bildirilib ki, son illər AzMİU-da ingilis dilitədrisinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, Əcnəbi dillərkafedrasının kadr potensialı gücləndirilib və müasir tədrismetodları tətbiq olunur.
"British Council"un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevauniversitetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, icra olunanbirgə layihələrin uğurlu nəticələrindən söhbət açıb və gələcəklayihələrin perspektivlərini qeyd edib. O, "British Council"tərəfindən həyata keçirilən təhsil proqramları barədə də məlumatverib.
Görüş zamanı, həmçinin AzMİU-nun Böyük Britaniyanın VestminsterUniversiteti ilə həyata keçirdiyi üç ikili diplom proqramına diqqətçəkilib. Yeni ikili diplom proqramlarının yaradılması, eləcə dəBritaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıqimkanlarının genişləndirilməsi məsələləri və bu prosesdə "BritishCouncil"ın dəstəyi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdən sonra AzMİU və "British Council Azərbaycan"arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən,2025–2026-cı tədris ili üçün AzMİU-nun əcnəbi dillər kafedrası və"British Council" tərəfindən birgə təlim proqramı həyatakeçiriləcək. Proqram aşağıdakı istiqamətləri əhatə edir:
İnnovativ tədris strategiyaları
- Təhsildə innovasiya prinsiplərinin mənimsənilməsi
- Flipped classroom (əks sinif), blended learning (qarışıqöyrənmə), gamifikasiya və mikroöyrənmə metodlarının öyrənilməsi
Tapşırıq-əsaslı öyrənmə (Task-based learning – TBL)
- TBL çərçivəsinin (pre-task, task cycle, language focus)tədrisi
- Tapşırıq-əsaslı dərslərin planlaşdırılması və tətbiqi
Müəllim hazırlığı
- Müəllimlər üçün effektiv təlimlərin dizaynı
- Digər müəllimləri təlimləndirmək və dəstəkləmək üçün lazım olanbilik, bacarıq və yanaşmaların inkişafı
İngilis dili tədrisində humanist və alternativ yanaşmalar
- Alternativ ELT metodlarının əsas prinsiplərininmənimsənilməsi
- Tələbə-mərkəzli tədrisə dəstəyi
- Ənənəvi metodlarla müqayisə
- Müxtəlif tədris kontekstlərində tətbiq imkanlarınınöyrənilməsi
- Hər yanaşmaya uyğun sadə fəaliyyətlərin hazırlanması
- Bu ideyaların müəllimlərin şəxsi tədris təcrübələrinəinteqrasiyası
Proqramın AzMİU-da tədrisin beynəlmiləlləşdirilməsi, müasirpedaqoji yanaşmaların tətbiqi və kadr hazırlığı sahəsindəkeyfiyyətin daha da artırılması istiqamətində mühüm addım olacağıgözlənilir.