AZ

Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “BöyükQayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbimüayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlımaarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun təşkilatçılığıilə keçirilən növbəti belə tədbir iyunun 11-12-si baş tutub.Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimheyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq,dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacılarıtərəfindən Xankəndi şəhəri və Xocalı rayonunda əhali üçün səyyarmüayinələr keçirilib.

İkigünlük aksiya çərçivəsində Elmi-Tədqiqat İnstitutununmütəxəssis briqadası tibbi reabilitasiyanın müxtəlif istiqamətləri- nevroloji, artroloji, qastroenteroloji və fizioterapevtikmüayinələri keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ(Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələriaparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problemaşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiqmüalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq,dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkaredilməsi, 3-16, 16-65 yaş əhali arasında skolioz və digərvertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələraparılıb.

Aksiya iştirakçılarına İnstitutun fizioterapevt vəreabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib.Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedənxəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda,medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həmdə süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığınerkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Tədbirin çərçivəsində ETKİ tərəfindən Xankəndi şəhərindəyerləşən Qarabağ Universitetində tələbələr üçün maarifləndirmə vəmüayinə aksiyası keçirilib. Aksiya iştirakçılarına İnstitutunfizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələrverilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşıgedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eynizamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həmtəbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə,sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətəçatdırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin vəmüayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
26
11
az.trend.az

10Mənbələr