AZ

Azərbaycan və Çin arasında mühüm sənədlər imzalandı - Fotolar

Elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çinin elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. 

Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında  elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu” imzalanıb. 




Seçilən
54
16
qafqazinfo.az

10Mənbələr