AZ

Deputat: “Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var”

“Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var”.

NOCOMMENT.az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, bu evlər həm də sığortalana bilmir:

“Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib. Onların heç birinin sənədi yoxdur, çox ciddi zərər dəyib. Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur”.\\Oxu.Az

Seçilən
49
6
nocomment.az

8Mənbələr