Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb.
“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.
1. Turan Tovuz 78500 18 4361
2. Neftçi 39767 18 2209
3. Sumqayıt 33450 18 1858
4. Qarabağ 31130 18 1729
5. Sabah 23886 18 1327
6. Şamaxı 20900 18 1161
7. Kəpəz 18600 18 1033
8. Zirə 13550 18 753
9. Səbail 11550 18 642
10. Araz-Naxçıvan 4600 18 256
Cəmi 275933 180 1533
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
Veşoviç də “Qarabağ”ı tərk etdi - RƏSMİ
“Qarabağ”da növbəti ayrılıq - RƏSMİ
Benzia “Qarabağ”ı tərk etdi - RƏSMİ
Millimiz Belarusla qarşılaşacaq
I Liqada ayın ən yaxşı qolunun müəllifi müəyyənləşib