AZ

Bakıda 62 yaşlı kişi küçədə VƏFAT ETDİ

Bakıda yaşayan Salyan rayon sakini küçədə dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi N.Axundov küçəsində baş verib.

 

Salyan rayon sakini , 1963-cü il təvəllüdlü Mehman Qurbanovun meyiti həmin küçədə aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


İlkin ehtimala görə, M.Qurbanov ürək çatışmazlığından vəfat edib.
 

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
 

Seçilən
50
2
sfera.az

3Mənbələr