AZ

"İnter" yeni ikinci formasını təqdim edib

İtaliyanın "İnter" klubu 2025/2026 mövsümü üçün yeni səfər formasını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

"İnter"in 2025-ci il Klublararası Dünya Çempionatında debüt çıxışı ərəfəsində klub və Nike 2025/2026 mövsümü üçün yeni səfər formalarını təqdim edirlər. Oyunçular Los-Ancelesdə Monterreylə debüt matçında geyinəcəklər.

Yeni formanın dizaynı vizual olaraq klubun inklüzivlik və müxtəliflik kimi əsas dəyərlərini əks etdirir, model isə komandanın üzvlərinin hər birinin unikallığına görə güclü olduğuna inamı vurğulayır”, - deyə məlumatda bildirilir.

"İnter" İtaliya çempionatının 2024/2025 mövsümünü ikinci pillədə başa vurub.

Seçilən
29
90deqiqe.az

1Mənbələr