Polşa millisində baş məşqçi Mixal Probej istefa verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə özü açıqlama verib.
Probej 2023-cü ilin sentyabrından miliyə rəhbərlik edirdi. Komanda onun başçılığı altında 21 oyunda 10 qələbə qazanıb, 7 dəfə uduzub. Probej bir müddət əvvəl millidə kapitanlıq sarğısını Robert Levandovskidən almışdı. Hücumu bu səbəbdən mütəxəssisin millidə olacağı dövrdə yığmaya gəlməyəcəyini bildirmişdi.