AZ

Azərbaycanlı gəmi kapitanı Aralıq Dənizində 5 nəfəri xilas etdi

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Ötən gün azərbaycanlı gəmi kapitanı Elşən Məmmədov Aralıq Dənizində 5 əlcəzairlini xilas edib.

BAKU.WS-in məlumatına görə, hadisə Bejaia sahilindən 80 kilmetr məsafədə yerləşən açıq dənizdə baş verib. 

Belə ki, kapitan və komandası 10 gündür kiçik qayıqda ac-susuz, sağ qalmağa çalışan 5 nəfər qanunsuz miqrantı xilas edib.

Bildirilir ki, xilas edilənlər Əlcəzairdən İspaniyaya su yolu ilə qanunsuz keçmək istəyən 9 mühacir olub. Onlardan 4-ü açıq dənizdə sağ qalmağı bacara bilməyib. 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra, həmin şəxslər təhlükəsiz şəkildə Əlcəzairin sahil təhlükəsizlik və xilasetmə xidmətlərinə təhvil verilib.

Fotoda Elşən Məmmədov

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
2
baku.ws

3Mənbələr