AZ

Böyük Britaniya və Aİ Cəbəllütariqlə bağlı razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Pireney yarımadasının ən cənub ucunda yerləşən Britaniyanın xarici ərazisi olan Cəbəllütariqdə hava limanı, sərhəd və gömrük məsələləri üzrə razılığa gəliblər.

Banco.azxəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra keçən 5 ilin ardından Cəbəllütariq məsələsində razılıq əldə olunub.

Bəyanatda qeyd olunur ki, Aİ və Böyük Britaniya arasında əldə olunan bu razılaşma Cəbəllütariq iqtisadiyyatını və bölgədəki Britaniya suverenliyini qoruyacaq:
“Hökumətimiz Cəbəllütariq iqtisadiyyatının və həyat tərzinin təhlükə altında olduğu bir vəziyyəti təhvil almışdı. Əvvəlki hökumət tərəfindən Cəbəllütariq Brexit-dən sonrakı Birləşmiş Krallıq–Aİ Ticarət və Əməkdaşlıq Razılaşmasına daxil edilməmişdi. Hərçənd əvvəlki hökumət 2021-ci ildə danışıqlara başlamışdı, lakin indiyədək razılaşma əldə olunmamışdı.”

Açıqlamada xatırladılır ki, İspaniya, Portuqaliya və Andorranın daxil olduğu İber yarımadasının ən cənub ucunda yerləşən Cəbəllütariq ilə İspaniya arasında hər gün 15 min nəfər iş üçün sərhədi keçərək səfər edir. Razılaşma əldə olunmasaydı, uzunmüddətli pasport və sərhəd nəzarətlərinin tətbiq olunacağı, amma razılaşma ilə bu riskin aradan qalxdığı qeyd edilir.

Bəyanatda Avropa İttifaqı ilə quru sərhədi olan yeganə Britaniya ərazisi Cəbəllütariq üçün xüsusi razılaşma imzalandığı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
33
banco.az

1Mənbələr