AZ

Polşa millisinin baş məşqçisi istefa verib

Bakı, 12 iyun, AZƏRTAC

Futbol üzrə Polşa millisinin baş məşqçisi Mixal Probyej vəzifəsini tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı malumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mixail Probyej bir neçə gün öncə yığmanın kapitanı Robert Levandovski ilə bağlı qalmaqalla gündəmə gəlmişdi. O, kapitanlıq sarğısını ulduz futbolçudan aldığı üçün sərt tənqid olunmuşdu. Levandovski isə Probyej istefa verənədək milli komandanın formasını geyinməyəcəyini bildirmişdi.

Mixal Probyej 2023-cü ilin sentyabrında Polşa millisinin baş məşqçisi təyin olunmuşdu.

Seçilən
37
4
azertag.az

5Mənbələr