AZ

1 milyonu keçdi: Rusiyanın müharibədəki itkiləri açıqlandı

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri daha 1140 rus döyüşçü zərərsizləşdirib. Müharibə başlayandan bu günə qədər isə Rusiya ölü və yaralı olmaqla 1 milyondan çox itki verib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da məlumat yayıb.

24 fevral 2022-ci ildən 12 iyun 2025-ci ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:

Personal - təxminən 1.000.340 (+1.140) nəfər

Tanklar - 10 933 (+6) ədəd

Döyüş zirehli texnikası - 22 786 (+3) ədəd

Artilleriya sistemləri - 29 063 (+47) ədəd

Seçilən
22
publika.az

1Mənbələr