Xalq artisti Alim Qasımov Qaynarinfoya açıqlamasında bu çıxışın zarafat olduğunu deyib:
"Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər? Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam”.
"Dünya şöhrətli xanəndə niyə repə baş qoşur, axı bu Alim Qasımov sənəti deyil” deyənlərə Alim Qasımov belə cavab verib:
"Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram”.
7Mənbələr
-
cebheinfo.azRep deməsinə görə tənqid edənlərə cavab verdi: "Kefimə düşdü" - VİDEO ( 18157525)
-
ucnoqta.azXalq artisti tənqidlərə cavab verdi: "İfalarım, sənətim qalıb bir yanda, ..." ( 18157123)
-
yenisabah.azXalq artistindən tənqidə cavab: Sürünməyə hazırlaşıram ( 18149734)
-
yenisabah.azXalq artistindən tənqidə cavab: Sürünməyə hazırlaşıram ( 18149677)
-
milli.azRep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi - VİDEO ( 18148426)
-
demokrat.azAlim Qasımov rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi — VİDEO ( 18143950)
-
qaynarinfo.azAlim Qasımov rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi (VİDEO) ( 18143494)