AZ

Bar Kohen “Araz-Naxçıvan”da - Rəsmi

İsrailin “Makkabi” (Netanya) klubunun hücumameyilli yarımmüdafiəçisi Bar Kohen bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Bar Kohen 2025/2026-cı illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Kohen buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi” (Təl-Əviv), “Beytar” (Təl-Əviv), “Hapoel” (Hayfa) klublarında çıxış etmiş hücumameyilli yarımmüdafiəçi son iki mövsümü Netanya “Makkabi”sində keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.

“Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləmişdi. Naxçıvan təmsilçisi Vadim Abdullayevlə də yollarını ayırıb.

Seçilən
50
22
arena.az

10Mənbələr