Azərbaycan cüdo tarixində ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.

Belə ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev sabah Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatının ədalət təmsilçiləri arasında yer alıb.

Bu mötəbər yarış iyunun 20-dək davam edəcək.