Adı “Real”la hallanan “Osasuna”nın futbolçusu Antonio Budimir açıqlama verib.
Futbolpress.az xəbər verir ki, xorvatiyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:
“Burada xoşbəxtəm. “Osasuna”ya və bu klubdakı hər kəsə hörmət edirəm. İndi Xorvatiyadayam və bir az dincəlmək istəyirəm”.
Budimir başa çatan mövsümdə 42 oyunda 24 qol vurub.