ain.az, Adelet.az portalına istinadən məlumat yayır.
Bir məmləkət hekayəm var,Kağızlara səpələndi…Yarısı qaldı yarıda,Yarısı getdi sükuta,Sözlərim soyundu səslərdən,Çılpaq qaldı qorxudan...
Kağızlar iki yerə bölündü Yarısı yerə Yarısı göyəYavaş-yavaş seyrəlirdi kağızlar,Hara getdi?Kimə yetdi?Harada itdi?Harada sahibini tapdı?
Ox olub kimə dəydi sözlərim?Ürəyini sancdımı bir yad nəfəsin?Kağız gəmilərim, görəsən, hara çatdı,Suların içindəmi əridi,Yoxsa bir uşaq əllərindəÜmidəmi çevrildi?
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bəs kağız təyyarələrim ?Göy üzündə azan dualar təkÜnvanını tapdımı?Görəsən, harada məskunlaşdıSəssizcə yazdığım hekayələrim?Cızmaqara kimi bir küncdə qaldımı,Yoxsa bir ürəkdəYenidən doğuldumu?Yoxsa... yoxsa axar sulara qarışandaBoğuldumu???
Hər şey bir qırağa…Hansı tində yazıldı qara taleyim?Hansı küncə atıldı bələyim?Kim qucaqlamadı, kim səssiz keçdi?Hansı səmtə üz tutub getdiAğlımdan küsən ürəyim?..
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.