ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikasında 110 kV-luq elektrik veriliş xətlərinin ikidövrəli yenidən qurulması və kabel xəttinə keçirilməsi üzrə “Azərenerji”nin 39,9 milyon manatlıq tenderində qalib “Elektrikquraşdırma” MMC olub.
AzPost bildirir ki, 2007-ci ildə təsis edilən bu şirkət, nizamnamə kapitalı 500 min manat olmaqla, elektrik qurğularının tikintisi və quraşdırılması sahəsində fəaliyyət göstərir. İdarəedicisi Rauf Məmmədovdur.
Əldə etdiyimiz məlumata görə, 2024 və 2025-ci illərdə “Elektrikquraşdırma” MMC “Azərenerji” tərəfindən elan olunan ən azı 7 tenderdə qalib gəlib və ümumi dəyəri təxminən 120 milyon manat olan layihələrdə iştirak edib. Bu ilin ilk yarısında şirkətin qazandığı tenderlərin həcmi 55 milyon manat civarındadır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Naxçıvanın elektrik veriliş xətlərinin yenidən qurulması layihəsi şirkətin son illərdə qazandığı ən böyük tender hesab olunur. Bundan əvvəl isə 2024-cü ildə Bakı və Gəncə şəhərlərində elektrik şəbəkələrinin yenilənməsi üzrə 30 milyon manat dəyərində tenderlərdə qalib olması diqqət çəkir.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.