AZ

“Bayer” yeni transferini açlqladı

“Bayer” (“Leverkuzen”) PSJ-nin müdafiəçisi Aksel Tapı transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

17 yaşlı futbolçu ötən həftə PSJ-nin U-19 komandası ilə Fransa çempionu olub. 2024/25 mövsümündə Tap Paris klubunun əsas komandasında da 3 oyunda meydana çıxıb.

Aksel Almaniya klubuna azad agent kimi keçib. Futbolçu Leverkuzen təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.

Seçilən
47
4
qafqazinfo.az

5Mənbələr