BAKI, 12 iyun. TELEQRAF
Qərb Ukraynanı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) asılı vəziyyətə salıb və faktiki olaraq, təşkilatın girovuna çevirib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson bildirib.
"Ukrayna faktiki olaraq girovdur. Bu, aşkar vəziyyətdir. Ukrayna xalqı NATO-nun girovudur", - Conson deyib.
O qeyd edib ki, bəzi amerikalı senatorlar Ukrayna münaqişəsindən gəlir əldə etmək üçün istifadə edirlər.