Bakı. Trend:
May ayında müşahidə olunan rekord yüksək hava temperaturuQrenlandiyada buz təbəqəsinin ərimə prosesini orta göstəricidən 17dəfə sürətləndirib.
Trend xəbər verirki, bu barədə beynəlxalq iqlim təşkilatı World Weather Attribution(WWA) məlumat yayıb.
Təşkilatın hesabatında qeyd olunur ki, mayın 15-dən 21-dəkərzində buz təbəqəsinin əriməsi bu dövr üçün adi səviyyənidəfələrlə aşıb.
Klimatoloqlar hesab edirlər ki, bu anormal artıma səbəb bölgədəqeydə alınan nadir isti hava şəraiti olub. Mütəxəssislər illərdirpeyk vasitəsilə müşahidə etdikləri məlumatlara əsaslanaraqbildirirlər ki, Qrenlandiyada buzlaqların ərimə sürəti əsrinəvvəlindən bu yana dörd dəfə artıb. Bu müddət ərzində adaümumilikdə 5 trilyon ton buz kütləsini itirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, temperatur artımı davametdikcə, yay aylarında Qrenlandiyanın buz təbəqəsindən milyardlarlaton ağırlığında nəhəng aysberqlər qopur, bu isə qlobal dənizsəviyyəsinin artmasına və iqlim tarazlığının pozulmasına səbəb olabilər.