AZ

Milli təlim-məşq toplanışının ilk mərhələsini başa vurdu

Oğlanlardan ibarət U-18 millimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışında yerli komandalarla bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Son olaraq Gürcüstanın 20 yaşadək basketbolçulardan ibarət kollektivi ilə qarşılaşan komanda 57:89 hesabı ilə uduzub.

Qeyd edək ki, milli iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda iştirak edəcək.

Seçilən
51
2
football-plus.az

3Mənbələr