AZ

Avropa İttifaqı Çinin iki bankına sanksiya tətbiq edir

Avropa İttifaqı Çinin iki regional bankına sanksiya tətbiq edəcək.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, banklar Rusiyaya Aİ sanksiyalarından yayınmaqda kömək edir. Bildirilir ki, Aİ maliyyə qurumlarına həmin banklarla hər hansı əməliyyat tam qadağan olunacaq.

Agentlik qərar rəsmi şəkildə açıqlanmadığına görə hansı banklara sanksiya tətbiq olunacağını açıqlamayıb. Lakin onların bilavasitə Rusiya ilə sərhəd bölgələrdə fəaliyyət göstərdiyini qeyd edib.

Avropa Komissiyasının sözçüsü Bloomberg-in əldə etdiyi sənədlərin şərhindən imtina edib.

 

Musavat.com

Seçilən
57
3
musavat.com

6Mənbələr