AZ

Astarada bədbəxt hadisə: körpə hovuza düşdü

  Astarada bədbəxt hadisə baş verib.

Referans xəbər verir ki, Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə. ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Axtarışı aparılan azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən azyaşlı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib./Globalinfo.az  

Seçilən
56
17
referans.az

10Mənbələr