AZ

Dirijor Fəxrəddin Kərimovun yubiley konserti keçiriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, maestro Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yubiley proqramına F.Şrekerin romantik “İntermezzo op.8”, K.Sen-Sansın parlaq op.6 “Tarantella” və B.Kovaçın “Şolem-Alehem” əsərləri, solistlər Mirxalid Məmmədzadə (fleyta) və Şərif Bağırov (klarnet), Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədovanın (soprano) ifasında Y.Sibeliusun op.3 “Ariozo” əsərinin premyerası, F.Əlizadənin alovlu və virtuoz “Raks” əsəri, L.Desyatnikovun “The Leaden Echo” konseptual əsəri (Bakıda ilk ifa), solist – Azərbaycanın Əməkdar Artisti İlham Nəzərovun (kontrtenor) ifasında geniş spektrli əsərlər daxil olacaq.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Proqramda həmçinin, D.Şostakoviçin Birinci Piano Konserti də səsləndiriləcək - solo ifa pianoçu Yuliya Kərimova (piano) və Ənvər Kərimov (truba).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
13
azertag.az

10Mənbələr