"Qarabağ" Patrik Andrade ilə yollarını ayırıb.
Referans xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kabo-verdeli yarımmüdafiəçi 2020-ci ildən 2022-ci ilin mayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. Lakin Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıdıb.
Yayılan rəsmi məlumata görə, "Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç də klubdan ayrılıb.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl əlcəzairli futbolçusu Yassin Benzia ilə də vidalaşdığını açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta