Bakı. Trend:
Nyu-Yorkun Aşağı Manhetten bölgəsində baş tutan etirazaksiyaları zamanı 80-dən çox şəxs saxlanılıb.
Trend-inməlumatına görə, etirazlar yerli vaxtla 10 iyun axşamından 11 iyunakeçən gecə Foley meydanı ətrafında keçirilib.
Nyu-York polisi aksiyada təxminən 2 min 500 nəfərin iştiraketdiyini bildirib. Etirazçılar ABŞ-ın İmmiqrasiya və GömrükNəzarəti İdarəsinə qarşı şüarlar səsləndiriblər.
Ümumilikdə 86 nəfər saxlanılıb. Onlardan 52-si xırda qanunpozuntularına görə sərbəst buraxılıb. Polisə müqavimət göstərmək vədigər cinayət əməllərində ittiham olunan 34 nəfər isə məsuliyyətəcəlb edilib.