Azərbaycan millisinin futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, o, yığmanın Latviya (0:0) və Macarıstanla (1:2) oyunları haqda bunları yazıb:
“Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq. Çünki nəticə danışmır. Amma bu formanı geyinən hər kəs bilir ki, bu, sadəcə futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq. Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik”.