AZ

PFL 2024/25 mövsümünün son qaliblərini mükafatlandırdı

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov PFL tərəfindən mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Birinci Liqada da “Ayın qolu” layihəsi çərçivəsində mövsümün sonuncu qalibi mükafatına qovuşub. Bu ada “Karvan”ın futbolçusu Ezekiel Morqan layiq görülüb. Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

İkinci Liqada “Ayın qolu” layihəsi çərçivəsində isə “Hypers Quba”nın futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb. May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Seçilən
14
1
arena.az

2Mənbələr